Bir neçə gün əvvəl axşam saatlarında sosial şəbəkələrdə Rusiyanın Krasnodar vilayətinin Belaya Qlina kəndindəki “Niva” kafenin qarşısında “Kalaşnikov” avtomatından havaya atəş açan iki kişinin görüntüsü yayılıb. Daha sonra onlardan birinin Beloqlinsk rayonunun bələdiyyə başçısı Aleksandr Koklinin eyni adlı oğlu olduğu məlum olub. 

Unikal.org xəbər verir ki, onlardan biri avtomatdan atəş açarkən “Qarabağda belə atırlar” deyib. Arxa planda olan şəxs isə “bəlkə sizə qumbaraatan verək?” deyib.

Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə dövlət idarəsi 31 yaşlı Aleksandr (Saşka) Koklinin hadisədən bir sutka keçəndən sonra polisə gedərək videodakı avtomatla birlikdə təslim olduğu barədə məlumat yayıb.

Faktla bağlı araşdırma aparılır.