Böyük Britaniyanın Birminqem şəhərində hərraca çıxarılan ev 1 funt sterlinqə satılır.

Unikal.org xarici KİV-ə istinadla bildirir ki, evin içərisi tamamilə dağılmış vəziyyətdədir.

Ev şəhərin mərkəzindən və Birminqem beynəlxalq hava limanından təxminən 10 kilometr uzaqlıqdadır. Evdə 30-cu illərdən qalma orijinal çuqun daşlar olan 3 yataq və iki qonaq otağı var.

Evi alacaq şəxs ciddi təmir etməlidir. Vanna otağındakı unitaz tamamilə sıradan çıxıb.

Qey edilir ki, Birminqemdə ev almaq üçün orta hesabla 205,114 funt sterlinq ödənilməsi lazım olur.