Sulutəpə və Xocasən qəsəbələrinin təbii qaz təchizatında fasilələr olacaq.

Unikal.org xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Oktyabrın 2-də saat 10:00-dan etibarən işlər başa çatanadək “Biləcəri (Sulutəpə)” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Binəqədi rayonu, Sulutəpə və Xocasən qəsəbələrində qaz təchizatında fasilələr yaranacaq.