Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Qobustan qəsəbəsində 18 yaşlı Nəcəfov Sənan Nadir oğlu tanımadığı şəxslə mübahisə edən zaman bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. 

Faktla bağlı araşdırma aparılır.