Şimali Koreya çərşənbə günü Yaponiya dənizinə raket atıb.

Unikal.org xəbər verir ki, raketin buraxılması Wonsan liman bölgəsindən baş tutub. Başqa hər hansı əlavə məlumat verilmir.

Qeyd edək ki, Şimali Koreya bu yaxınlarda mütəmadi olaraq qısa məsafəli ballistik raketlər buraxır.