Türkiyə kanalında yayınlanan daha bir serial ekranlara vida edib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, FOX TV-də yeni mövsümlə ekranlara qayıdan "Bir Aile Hikayesi" serialı reytinqin qurbanı olub. 

Ötən şənbə günü növbəti bölümü yayınlanan serial reytinqdə istənilən uğuru əldə edə bilməyib. Bu səbəbdən serialın rejissor və ssenarist heyəti 20-ci bölümlə final qərarı alıb.