19 Noyabr 2019
18 Noyabr 2019
Ermənistan ordusunun hərbçisi yaralandı
Ermənistan ordusunun hərbçisi yaralandı DÜNYA 19:30 2019-10-02

Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu yaralanıb.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Tavuş vilayətində sağ çiyin nahiyəsindən güllə yarası alan hərbçi Noemberyan tibb mərkəzinə yerləşdirilib. O, daha sonra İrəvan hərbi hospitalına köçürülüb.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, dünən saat 22:00 radələrində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədindəki təmas xəttində Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərindən ərazimizə doğru təxribat-diversiya qruplarının hərəkəti döyüş mövqelərimizdə xidmət aparan sərhəd naryadları tərəfindən aşkarlanıb və qarşısı alınıb.

Həmin tarixdə sərhəd döyüş məntəqələrimiz Ermənistan Respublikasının Silahlı Qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən iri çaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub. Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.