Azərbaycanın Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu "Maşın" realiti şousunun "Maskarad" adlı 18-ci sürətininin ilk gecəsi start götürüb. 

Unikal.org  xəbər verir ki, ilk və sonuncu dəfə maşın ətrafında 18 iştirakçı görünüb. İştirakçıların gizli səsverməsinə əsasən, ilk olaraq Aşıq Namiq SMS səsverməsinə çıxarılıb. 18 iştirakçıdan 9-u onun şəklini atıb.

Namiq Fərhadoğlu bunu qruplaşma adlandırıb. O qeyd edib ki, iştirakçılar onun güclü rəqib olduğunu bilirər və ona görə də ilk olaraq onu mübarizədən kənarlaşdlırmaq istəyirlər. 

Pərəstişkarlarından dəstək istəyən Aşıq Namiq adını açılamasa da, ən yaxşı simalardan birini oyundan kənarlaşdıracağını bildirib.