ABŞ Prezidenti Donald Trampın sərvəti ikinci ildir ardıcıl olaraq 3,1 milyard dollar civarındadır.

Unikal.org xəbər verir ki, Forbes jurnalının məlumatına görə, ABŞ lideri 2019-cu ildə ölkənin ən varlı 400 insanı siyahısında (Forbes-400) 275-ci yeri tutub.

Qeyd olunub ki, bu, 2018-ci illə müqayisədə 16 pillə aşağıdır. Tramp prezident olmamışdan qabaq reytinqdə 119 pillə daha irəlidə idi.

Nəşr Trampın maliyyə vəziyyətinin tamamilə statik olmadığını da əlavə edib. Belə ki, onun adının çəkildiyi bir iş zərər görür.