Çempionlar Liqasında qrup mərhələsinin II turuna yekun vurulub. Matc.az saytının məlumatına görə, bu gün daha 4 qrupda oyunlar keçirilib.

Unikal.org xəbər verir  ki, turnirin son qalibi "Liverpul" doğma arenasında "Zalsburq"u qəbul edib. Bol qollu qarşılaşma son çempionun qələbəsiylə başa çatıb. Qrupun digər matçında ilk turda "Liverpul"a qalib gəlmiş "Napoli" səfərdə "Genk"lə heç-heçəyə razılaşıb.

Günün ən diqqətçəkən oyununda "Barselona" "İnter"lə qarşılaşıb. Qonaqlar bu oyunda erkən qolla hesabı açsalar da, Kataloniya təmsilçisi ikinci yarıda məğlubiyyətdən xilas olmağı bacarıb. Matçın sonlarında daha bir qol vuran meydan sahibləri əzmkar qələbə qazanıblar. Qrupun digər oyununda Dortmund "Borussiya"sı səfərdə "Slaviya"nı məğlub edib.

"Ayaks" səfərdə "Valensiya"nı darmadağın edib. H qrupunun digər matçında "Çelsi" səfərdə "Lill" üzərində çətin qələbəyə sevinib.