Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Unikal.org UEFA-nın saytına istinadən xəbər verir ki, ən yaxşı oyunçu adına Serj Qnabri (“Bavariya”), Luis Suares (“Barselona”), Əşrəf Hakimi (“Borussiya”, Dortmund) və Emmanuel Dennis (“Brügge”) namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.