Bakı Şəhər Baş Polis İdarəsi paytaxda Dövlət Yol Polisi əməkdaşlarının sürücüdən rüşvət alması ilə bağlı sosial şəbəkədə yayılan videogörütü ilə bağlı açıqlama verib.

İdarənin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev Unikal.org-a bildirib ki, hazırda həmin görüntü ilə bağlı müvafiq araşdırmalar aparılır.

Araşdırmaların nəticəsi barədə ictimaiyyətə geniş məlumat veriləcək.