“The Muffs” qrupunun üzvü, gitar ifaçısı Kim Shattuck vəfat edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 56 yaşlı müğənni uzun illərdir mübarizə apardığı şarko xəstəliyindən dünyasını dəyişib.

Shattuck 1963-cü ildə Kaliforniya ştatının Los-Anceles şəhərində anadan olub. 1985-1990-cı illərdə “The Pandoras” qadın rok qrupunun tərkibində çıxış edib.