Göygöl rayonunda tənha yaşayan kişinin meyiti yaşadığı evdə tapılıb.

Unikal.org xəbər verir ki, rayonun Firuzabat qəsəbəsində üzərində zorakılıq əlamətləri olmayan 65 yaşlı Sabir Cəfərlinin meyiti yaşadığı evdə aşkarlanıb.

Onun bir neçə gün öncə öldüyü güman edilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və meyit tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.