Ölkənin ən baxımlı telelayihəsi olan “Maşın şou”nu daha bir içtirakçı tərk edib.

Unikal.org xəbər verir ki, oyunun qaydaları pozan Qurd şounu tərk edib. Belə ki, o, ötən gün əlini maşından çəkərək Aqşin Fatehin əlinin üzərinə qoyub.

Bu barədə videonu nümayiş etdirən şounun aparıcısı Murad Dadaşov Qurd üçün məşhur ifadəni səsləndirib. "Maşın əldən getdi".