Ölkənin ən baxımlı telelayihəsi olan “Maşın şou”nu bu gün ikinci iştirakçı tərk etdi.

Unikal.org xəbər verir ki, bu müğənni Bilal Əliyev oldu.

"Bu gün səhər yeməyi üçün otaqdan çıxanda qapıda bir nəfər gözləyirdi məni. Atramla danışdırdı məni telefonda. 87 yaşı var. Mənə dünən olanlara görə dedi ki, dayanma əlini götür bir başa rayona mənim evimə gəl. Mən də onun sözünə əməl edirəm, əlimi çəkirəm", - deyə Bilal Əliyev əlini maşından çəkib.

Beləliklə şounun başlanğıcında iki nəfər oyundan çıxdı.

Xatırladaq ki, bu gün reper Qurd da oyundan gedib. O ötən gün əlini təsadüfən maşnın üzərindən götürüb.