14 Noyabr 2019
13 Noyabr 2019
İranda saxlanılan rusiyalı jurnalist tezliklə buraxılacaq
İranda saxlanılan rusiyalı jurnalist tezliklə buraxılacaq DÜNYA 00:18 2019-10-05

Rusiyanın Tehranda həbs olunan jurnalisti tezliklə sərbəst buraxılacaq.

Unikal.org xəbər verir  ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi “Sputnik”-ə açıqlamasında deyib.

A.Musəvi deyib ki, həmin jurnalist bəzi məsələlər haqqında izahat vermək məqsədi ilə saxlanılıb və tezliklə azad olunacaq.
Qeyd edək ki, Rusiyalı jurnalist Yulia Yuzik ötən gün İranda saxlanılıb. Onunn “Sepah” təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilir.