Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən məlumatına görə, hadisə şəhərin Əttarlar küçəsində qeydə alınıb. Belə ki, mübahisə zəminində 14 yaşlı oğlan bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. 

İlkin məlumata görə, yeniyetmə qaraçılar tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.