Salyan Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması məqsədilə növbəti əməliyyat həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildiriblər ki, rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini S.Bağırovdan lüləsi və qundağı kəsilmiş “TOZ-B” markalı ov tüfəngi və doqquz patron aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam edir.