Azərbaycan taekvondoçusu Səyyad Dadaşov İspaniyanın Marina Dor şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində bürünc medal qazanıb.

Unikal.org xəbər verir ki, qitə birinciliyində 51 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz bolqarıstanlı, niderlandlı və serbiyalı idmançılara qalib gələrək yarımfinala adlayıb. Yarımfinalda macarıstanlı taekvondoçuya uduzan S.Dadaşov yarışı bürünc medalla başa vurub.