Yevlax mağazada oğurluq edən iki qardaş saxlanılıb.

Unikal.org DİN-nin saytına istinadən xəbər verir ki, Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 4-nə keçən gecə mağazalardan birindən 400 manat pul, 2 ədəd mobil telefon, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən rayon sakinləri S.Olamadze və qardaşı saxlanılıb.