16 Oktyabr 2019
15 Oktyabr 2019
Azərbaycanın daha bir karateçisi Moskvada finala çıxdı
Azərbaycanın daha bir karateçisi Moskvada finala çıxdı İDMAN 18:46 2019-10-05

Azərbaycan karateçisi İrina Zaretska Rusiyanın paytaxtı Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirində finala yüksəlib.

Unikal.org xəbər verir ki, 68 kq çəkidə çıxış edən 23 yaşlı idmançı ardıcıllıqla Natalia Spiqolon (Braziliya), Ketrin Pederson (Danimarka), Linqlinq Tang (Çin) və Marina Pakoviçi (Monteneqro) məğlub edib.

Ukrayna əsilli karateçi bazar günü baş tutacaq finalda Qonq Li (Çin) ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk yarış günündə Rafael Ağayev (75 kq) finala, Nuranə Əliyeva (50 kq) isə bürünc medal görüşünə vəsiqə qazanıb. Bu idmançılar da oktyabrın 6-da tatami üzərinə çıxacaqlar.