Rusiyalı aparıcı Olqa Buzova Moskva-Bakı saytına müsahibə verib.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, mətbəxlə bağlı sualları cavablandıran sənətçi ən çox lülə-kababımızı bəyəndiyini söyləyib:

“Yemək yeməyi çox sevirəm. Moskvada yetərincə Bakı mətbəxi olan restoranlar var. Azərbaycanlıların lüləsi çox ləzzətlidir. Əslində, ən dadlı lülə-kababı “Jara” bitəndən sonra Emin Ağalarovun evində yemişəm. Sizin pomidorunuz çox dadlıdır, restoranlarımda onlardan istifadə edilir”.