Türkiyədə hərbçiləri daşıyan avtobus yük maşını ilə toqquşub. 

Unikal.org xəbər verir ki, hadisə Şanlı Urfa-Qaziantəp şosesində baş verib.
Qəza nəticəsində 15 hərbçi yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Hərbçilərdən biri xəstəxanada dünyasını dəyişib. Qəzanın səbəbləri araşdırılır.