İtaliyalı opera müğənnisi Marsello Ciordani qəfil vəfat edib.

Unikal.org xəbər verir ki, 56 yaşlı sənətçi Siciliya adasındakı evində infarkt keçirib. Müğənninin həyat yoldaşı Vilma bildirib ki, Marsello kresloda oturarkən susadığını deyib və ayağa qalxmaq istəyərkən yıxılıb. Qısa müddət sonra onun infarkt keçirdiyi məlum olub və tibbi müdaxiləyə baxmayaraq tenor dünyasını dəyişib