16 Oktyabr 2019
15 Oktyabr 2019
Həbib Ronaldo ilə dostluğundan danışdı: Messi olmasa...
Həbib Ronaldo ilə dostluğundan danışdı:Messi olmasa... İDMAN 19:35 2019-10-06

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov "Yuventus"un hücumçusu Kristiano Ronaldo ilə dostluğundan danışıb.

Unikal.org xəbər verir ki, onun sözlərinə görə, aralarındakı dostluq hələ Ronaldonun Madrid "Real"ında oynadığı dövrlərdən mövcuddur. İdmançı həmçinin Ronaldonun "Barselona"nın hücumçusu Messi ilə münasibətinə də toxunub.

"Mən "Real"ın çoxdankı azarkeşiyəm və Ronaldo ilə dostluq edirik. Bu barədə Ronaldo ilə danışmışıq. O, Messi olmasaydı, bu qədər güclü ola bilməyəcəyini dedi. Sənə rəqib lazımdır, bu insanı daha yaxşı olmağa sövq edir. Biznesdə olduğu kimi, rəqabətsiz bazar mövcud ola bilməz. Bu mənada onlar bir-birini tamamlayır", - Nurməhəmmədov bildirib.