İngiltərə Premyer Liqasında 8-ci turun növbəti oyunları keçirilib.

Unikal.org xəbər verir ki, son çempion “Mançester Siti” öz meydanında “Volverhemton” klubunu qəbul edib. “Etihad” stadionunda keçirilən görüş qonaqların 0:2 hesablı qələbəsilə başa çatıb. Bununla da “Mançester siti” cari mövsümdə ikinci dəfə məğlub olub.