23 Noyabr 2019
22 Noyabr 2019
Putin doğum gününü Sibirdə keçirəcək
Putin doğum gününü Sibirdə keçirəcək DÜNYA 21:47 2019-10-06

Rusiya Prezidenti Vladimir Putin ad günü ərəfəsində Sibir tayqasına səfər edib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, dövlət başçısının səfərində əsas məqsəd təbiət qoynunda payız fəslindən zövq almaqdır.

Prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib ki, bu səfərlə bağlı foto və video materiallar bu gün gecə yarısına doğru hazır olacaq və yayımlanacaq.

Bundan başqa, sözcü əlavə edib ki, Prezident oktyabrın 7-də qeyd edəcəyi doğum gününü təbiətdə, yaxınları və ailəsi ilə birlikdə qeyd etməyi planlaşdırır.