Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub.

Unikal.org xəbər verir ki, turun son oyununda lider "Qarabağ" "Sabah" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma Ağdam klubunun 2:0 hesablı üstünlüyü ilə başa çatıb. 

Bununla da Qurban Qurbanovun komandası ölkə çempionatında ardıcıl 7-ci qələbəsini qazanıb.