Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AzTv -nin "Həftə" proqramının qonağı olub.

Unikal.org xəbər verir ki, Əli Həsənov   Prezident İlham Əliyevin Rusiyanın Soçi şəhərinə səfərindən danışıb,  onun  “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışını şərh edib.
Prezidentin köməkçisi bildirib ki, əsas vəzifə dövləti daha da inkişaf etdirmək, siyasi, sosial, iqtisadi və digər sahələrdə daha böyük uğurlar qazanmaq, həmrəy olmaq, müstəqilliyi daha da möhkəmlətməkdir.
Ə.  Həsənov Azərbaycanda özünü müxalifət adlandıran qaragüruh şəxslərin ölkənin uğurlarının əleyhinə apardığı kampaniyadan da danışıb.  O, müxalifətin 1994-cü ildə “Əsrin kontraktı”n pozmağa cəhd etdiyini də qeyd edib.
Prezident köməkçisi  bu günlərdə  Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in tədbirində müxalifətin Azərbaycanın əleyhinə çıxış etdiyinə də toxunub: “Yalnız orada Azərbaycandan qaçaraq sığınacaq tapan qüvvələrə Azərbaycana qarşı sanksiyalar  tələb edirdilər”.