19 Noyabr 2019
18 Noyabr 2019
Bir qan testiylə 20 xərçəng növünü aşkar etdilər
Bir qan testiylə 20 xərçəng növünü aşkar etdilər DÜNYA 23:30 2019-10-06

Amerikalı alimlər qan testi ilə 20 xərçəng növünü yüksək dəqiqliklə aşkar edib.

Unikal.org xəbər verir ki, Harvard Universitetinin tədqiqatçıları 1530 xərçəng xəstəsi, 2053-ü hələ xərçəng diaqnozu qoyulmayan adam üzərində bu testi sınaqdan keçirib. Məlum olub ki, qan testi xərçəng xəstələri və xərçəngin başladığı toxumanı düzgün təsbit edib.

Testin doğruluq faizi isə 99,4 faizdir. İşi aparan tədqiqatçılardan Geoffrey Oksnard bildirib ki, metilasiya (orqanizmdə yaranan və zərər verə biləcək formada olan bəzi maddələrin hüceyrə daxilində meydana gətirdiyi kimyəvi reaksiya) əsaslı təhlillər, ənənəvi biopsiyada aparılan DNT genetik mutasiyaların müəyyən edilməsindən daha təsirlidir.

Professorun sözlərinə görə, araşdırmanın nəticələri metilasyon analizlərinin xərçəng testlərindən daha əlverişli bir üsul olduğunu göstərir. Onların məqsədi, xərçəngi xəstəliyinin ilkin mərhələsində aşkar edə biləcək illik bir qan analizinin yaradılmasıdır.