Bakıda küçədə baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

Unikal.org Trend-ə istinadən xəbər verir ki,in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında baş verib.

Oktyabrın 6-da axşam saat 18:15 radələrində Biləcəri qəsəbəsi, Nəsimi küçəsi. ev 29, mənzil 3-də yaşayan, 1986-cı il təvəllüdlü Məmmədov Nicat Nazir oğlu idarə etdiyi "Daewoo Nexia" markalı avtomobillə həyat yoldaşı, 1992-ci il təvəllüdlü Məmmədova Leyla Feyzulla qızı və azyaşlı övladını Bakının Yasamal rayonunda yaşayan qayınanasının evinə aparırmış. Həmin vaxt N.Məmmədovun atası Nazir Məmmədov da avtomobildə olub. Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında N.Məmmədovla həyat yoldaşı L.Məmmədova arasında mübahisə yaranıb. Mübahisə nəticəsində N.Məmmədov avtomobili küçədə saxlayaraq yük yerindən götürdüyü bıçaqla həyat yoldaşına 2 zərbə endirib.

Bu vaxt N.Məmmədovun atası Nazir oğlunu tutaraq gəlini Leyladan ayırıb, qadın hadisə yerindən yaralı vəziyyətdə qaçmaq istəyib. Atasının əlindən çıxan Nicat Məmmədov yenidən qadının arxasınca qaçaraq onu küçədə yaxalayıb və qadına sinə və boğaz nahiyələrindən 20-dən artıq bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinaət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hadisəni törədən şəxs saxlanılıb.