İspaniyanın “Real” klubu “Mançester Siti”nin futbolçusunu transfer etmək niyyətindədir.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər”in hücumçusu Qabriel Jesus Madrid klubunun transfer hədəfindədir. “Kral klubu” qış transfer pəncərəsi dövründə braziliyalı futbolçunu heyətinə qatmağa çalışacaq. Komandada Serxio Aqueronun kölgəsində qalan futbolçunun da ayrılığa müsbət yanaşacağı bildirilir.

2017-ci ildən “Mançester Siti”nin şərəfini qoruyan 22 yaşlı hücumçunun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub. O, cari mövsümdə iştirak etdiyi 8 oyunda 4 qolla yadda qalıb.