Xalq artisti Nazpəri Dostəliyeva qonağı olduğu "Ay Zaur" proqramında itirdiyi qardaşlarından söz açıb.

Unikal.org xəbər verir ki, dörd qardaşın bacısı olduğunu deyən xalq artisti qardaşlarının ikisinin vəfat etdiyini söyləyib:

"İki qardaşımı itirmişəm. İllər öncə böyük qardaşım elektrik qatarına minmək istəyəndə əlləri sürüşüb qatarın altına düşmüşdü. O biri qardaşım benzin dolduranda avtobus gəlib vurdu. Qabırğası sınmışdı, bir müddət xəstə yatdı, sonra vəfat etdi".

İfaçı qardaşları ilə küsülü olduğunu təkzib edib, münasibətinin yaxşı olduğunu bildirib.

Müğənni verilişdə şəxsi həyatı barədə danışaraq qız övladının həmişə arzusunda olduğunu bildirib.

“Çox istəyərdim ki, qızım olsun. Amma Allah xasiyyətimi bildiyi üçün verməyib. Qız uşaqlarına qarşı çox qısqancam. Onu bir dəqiqə nəzarətsiz buraxmazdım. Hətta, qızımı universitetə getməyə qoymazdım ki, oxusun.  Bəlkə də, rəfiqələrinin olmağına belə icazə verməzdim”.