Daha iki Federasiya arasında adlara görə qalmnaqal yaranıb. Qurumlar və idmançılar da çaşbaş vəziyyətdə qalıb. Məsələ "Kyokuşinkay kan karate" idman növü ilə bağlıdır.  

Azərbaycan "Kyokuşinkay kan Karate" və "Ciyutaido" Federasiyasının prezidenti Teyyub Əzizov Unikal.org-a açıqlamasında  federasiyası ilə bağlı danışıb. 

T.Əzizovun bildirdiyinə görə, Natiq Heydərovun rəhbər kimi adı qeyd edilən Kyokuşin Karate Federasiyasının onlara heç bir aidiyyatı yoxdur:  

"O başqa federasiyadır. Onlar sonradan Kyokuşin idmanının adı ilə federasiya kimi qeydiyyatdan keçiblər. Kyokuşin kay kanın federasiyası ola-ola ikinci federadsiya yaradıblar.  

Bizim federasiya sırf Oyama (bu idman növünün yaradıcısı) məktəbidir. Onun məktəbinin adı necədirsə (Kyokuşinkay kan Karate) bizim federasiyanın da adı elədir. Bizim federasiyanın da adı Kyokuşinkay kan Azərbaycan Karate və Ciyutaido Federasiyasıdır. Bu idman növü bütün dünyada tanınır. Adımız Ədliyyə və Gənclər və İdman Nazirliklərində (1995-ci il) qeydiyyatdan keçib. 1995-ci ilin dekabrında Beynəlxalq Karate təşkilatı (Kyokuşinkaykan -Şokey Matsuy) tərəfindən qeydiyyata alınıb. 2017-ci ildə hər bir federasiya olduğu kimi biz də yenidən qeydiyyatdan keçdik. 1994-ci ildə mən tərəfindən yaradılıb.

Bu idman növü - Kyokşinkay 1995-ci ildən Azərbaycanda yaranaraq bir federasiya olaraq fəlaiyyət göstərir. Nəyə görə, Şin Kokşin olaraq Kokşin adı altında iknci federasiya kimi 1999-cu ildə qeydiyyatdan keçib. Kokşin, Kokşinkay kan bunlar hər biri eyni idman növüdür, yəni, bir federasiya daxilindədir.

Dünyada yaradıcısı Oyama öldükdən sonra bölünsə də, təşkilat kimi fəaliyyət göstərirlər. Məsələn qardaş ölkə Türkiyədə 1 dənə Kokşinkay federasiyası var. İkinci bu adda federasiya ola bilməz. Bizdə ikinci bu adda federasiya yaradıblar. Bu da düzgün deyil. İndi ikinci Kokşinkay federasiyası var deyə, yerindən duran hamı bizim idmanın adını çəkir. Bir də görürsən ki, yerindən durana dərəcə verirlər".

Kyokuşinkay kan karate Federasiyasının rəhbəri sözlərinə belə davam edib:

"Digər Federasiyada müavin Allahverdi Rüstəmovdur, prezidenti Natiq Heydərov sponsorudur.

Klublar  Kyokuşin haqqında lisenziya  verirlər. Biz indi onlara çıxa bilmirik ki, sən bu Kokşinkayın adından istifadə edirsən. Hər lisenziya verilənə başa sala bilmirik ki, sən imtahan vermədən necə məşqçi kimi işləyirsən? İndi biz də bunların qabağını almağa çalışırıq.

Bizdə aləmi qarışdırıblar, savadsızlıq edirlər. Əvvəldə də dediyim kimi bu federasiya Azərbaycanda mən yaratmışam. 1994-cü ildə Rusiyadan böyüdüyüm Leninqraddan Azərbacana gəldim. Bu idmanda SSRİ-də nəticələrim var. 

Leninqraddan könüllü olaraq müharibəyə gəldim. Qarabağ döyüşlərində zabit idim. Müharibədə yaralandım. 1994-cü ildə atəşkəs elan edildikdən sonra ilk federasiyanı açdım. Həmin vaxt da zabit kimi fəaliyyət göstərərdim. II qrup əliləm, Qarabağ qazisiyəm. O vaxt Allahverdi Rüstəmov bizim tərkibimizdə olan "Şin- Kokşin" klubunun rəhbəri idi. O vaxt "rekomendasiya" aldı bizdə. Guya, başqa federasiya açacaqdı, amma bizim federasiyanın adı ilə eyni "Kyokşin Karate Federasiyası açdılar. Bu günə qədər də mübarizə aparırıq. Görək, indi söz veriblər ki, məsələyə baxacaqlar".

Aygün İlqarqızı