Türkiyəli aktrisa Bergüzar Korelin xaricdə yaşayan idarəçi kimi çalışmış bacısı Zeynep Korel xadiməliyə başlayıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, yaşadığı binada 400 TL qarşılığında  evlərə təmizlik üçün gedir.  Saatı 70 TL-yə isə başqalarının itini gəzintiyə çıxardır. Məlumata görə, məşhur aktrisanın bacısı Bergüzar Korelin bacısı Zeynep Korel Çikaqoya köçüb və  burada həyatına sıfırdan başlayıb. 

Boğaziçi Universiteti Turizm və Otel Menecmentliyin məzunu Z.Korel, Texasdakı Rays Universitetində Dizayn fakültəsini bitirdikdən sonra bir çox şirkətdə rəhbər vəzifədə çalışıb. O iki kitab müəllifidir. Yeni hayatı ilə bağlı açıqlama verən aktrisanın bacısı belə deyib:

"Amerikada evlərə təmizlik etmək üçün gedirəm. Hazırda xadiməlik edirəm. Bunun daha aşağısı yoxdur. "Ailənin imkanları olmasına rəğmən sən necə bunu edirsən?" deyənlər də çoxdur. Amma heç bir şey ayıb deyil. İşləmək heç ayıb deyil.

Atam həyatda olsaydı mənə "xadiməlik etmə, sənə kiçik bir çirkət quraq" deyərdi Mən atamı çok erkən yaşlarımda itirmişəm. Mənim ərgənliyim, uşaq kimi etməli olduğum nələrsə olmadı. Çox kiçikkən işləməyə başladım. Mən böyüyərkən heç kim mənə "Afərin qızım" demədi. Analar, atalar, övladlarınıza gördüyü işlərə görə alqışlamağı bacarın. Lütfən şiddətdən uzaq durun. Hər ana ata yaxşıdır. Amma hər ana-ata xəta edə bilər. Rəhmətlik atamın söylədiyi kimi, "ürəyimin apardığı yerə gedirəm".

Təmizlik həvəskarı olan Zeynep Korel, bacısı Bergüzar Korel və anasının ona təklif etdiyi imkanlara baxmayaraq xaricdəki həyatı üstün tutub. İşlərini irəlilətməyə çalışan K.Korel, özünə yeni təmizlik şirkəti qurmağa hazırlaşır.