16 Oktyabr 2019
15 Oktyabr 2019
Erməni idmançı rinqdə türk rəqibini boğub öldürmək istədi - Hər kəs bu döyüşdən danışır (VİDEO)
Erməni idmançı rinqdə türk rəqibini boğub öldürmək istədi- Hər kəs bu döyüşdən danışır (VİDEO) İDMAN 17:35 2019-10-07

MMA döyüşü zamanı erməni idmançı Rafael Abrahamyan qəsdlə adam öldürmək niyyətinə düşüb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanı təmsil edən erməni əsilli R.Abrahamyan  Samara şəhərində keçirilən GFC-18 turnirində  MMA döyüşün zamanı türk rəqibi Batuhan Akdumanı boğaraq öldürməyə cəhd edib. 

Videodan göründüyü kimi, erməni idmançı türk rəqibini boğma fəndi ilə məğlub edir. Rəqib əl işarəsilə təslim olduğunu bildirsə də, erməni idmançı onun təslim olmaq istəyinə məhəl qoymayıb. 

Görüşün hakimi türk idmançının təslim olmasına baxmayaraq erməni Rafael Abrahamyanın dayanmadığını görüb və görüşə müdaxilə etməyə başlayıb.  Hakim onları ayırmağa çalışsa da, erməni idmançı rəqibini boğmaqda davam edib.

Nəticədə, Batuhan Akduman huşunu itirib. Onun köməyinə həkimlər gəlib. Yalnız həkimlərin müdaxiləsindən sonra türk idmançını özünə gələ bilib. Sosial şəbəkədə bu görüşlə bağlı fikirlər bir mənalı olmayıb və Rafael Abrahamyanın idmandan uzaqlaşdırılmasını iustəyənlər də olub.