Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə 9-cu mikrorayonda qeydə alınıb.

1951-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Əmraslanov Yavər Ələmdar oğlunu yolu keçərkən avtomobil vurub. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır