18 Oktyabr 2019
Məcid Hüseynovdan gözlənilməz qərar: qadın deyib, kişini çıxardı
Məcid Hüseynovdan gözlənilməz qərar:qadın deyib, kişini çıxardı MƏDƏNİYYƏT-ŞOU 00:17 2019-10-08

Azərbaycanın Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu "Maşın" realiti şousunun "Maskarad" adlı 18-ci sürətininin növbəti buraxılışı start götürüb. 

Unikal.org xəbər verir ki, iştirakçılar bu  dəfə aktyor Məcid Hüseynovu SMS səsverməsinə çıxarıblar.

Nəticədə M. Hüseynov 56,67 % səs toplayaraq şouda qalmağı bacarıb. Şoudan qadın çıxaracağını desə də gözlənilmədən aşıq Namiq Fərhadoğlunu oyundan kənarlaşdırıb.

Qeyd edək ki, şouda mübarizəni aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aktrisa Fatma Mahmudova, müğənnilər Türkan Vəlizadə, Aysun İsmayılova, Ramal İsrafilov, Niyam Salami, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov davam etdirirlər.