Səhiyyə Nazirliyi Binədəki yanğınla bağlı məlumat yayıb.

Unikal.org-a daxil olan məlumata görə, Binə ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 1:10-da daxil olub. Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib.

Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə KTM-in toksikologiya şöbəsinə çatdırılıb.