Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil edilən növbəti özəlləşdirmə hərracına onlayn seçim və sifariş artıq başlayıb. Noyabrın 5-i baş tutacaq bu hərracda investorların, iş adamlarının, vətəndaşlarınümumilikdə 83 dövlət əmlakı üzrə seçim imkanı var. Elektron xidmətlərin tətbiqi iləhər kəs komitənin onlayn resursları vasitəsilə dövlət əmlakları üzrə seçim edərək, vaxt itirmədən elektron sifariş verə bilər.

Unikal.org xəbər verir ki, elektron hərrac sistemi ilə sifarişçilər seçdikləri dövlət əmlakının hərracına əlavə ünvana getmədən, elə internet üzərindən qoşula bilər. Komitənin keçirdiyi açıq özəlləşdirmə hərracları iştirakçı məmnuniyyətini təmin edir, şəffaflığı artırır. Bu istiqamətdə əsas hədəf vətəndaşları yalnız keyfiyyətli və rahat hərrac xidmətləri ilə təmin etməkdir.
Noyabrın ilk hərracına çıxarılan dövlət əmlaklarına müxtəlif regionlarda yerləşənkiçik dövlət müəssisələri, qeyri-yaşayış sahələri, yarımçıq tikililər aiddir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 12.2 kv.m ilə 2997 kv.marasındadır. Fərqli iqtisadi sahələr üzrə fəaliyyət potensialı olan kiçik dövlət müəssisələrinə əmlak kompleksləri, ticarət, istehsal, xidmət obyektləri və digər əmlaklaraiddir.Elan edilən bu hərracda ən yüksək ümumi faydalı sahəsi olan müəssisə Balakən şəhəri, 28 May küçəsindəki əmlak kompleksidir. Dövlət obyekti 95 min kv.m-ə yaxın torpaq sahəsi ilə birgə hərraca çıxarılıb.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 8 oktyabr tarixində növbəti özəlləşdirmə hərracı keçirilib. Hərracdaözəlləşdirilən 6 nəqliyyat vasitəsi üzrə ümumilikdə 26 sifariş verilmişdir. Hərracları rəqabətli mühitdə keçən və buraxılış tarixləri 2006, 2007-ci illər olan avtomobillər Toyota və Vaz markalarına aiddir. 

Hərraclara çıxarılan hər bir dövlət əmlakı ilə tanış olmaq və sifariş vermək istəyən şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Sifarişçilərlə yanaşı, hərraca marağı olan digər şəxslərin də özəlləşməyə onlayn qoşulmaq imkanı var.