18 Oktyabr 2019
Pərvin Abıyeva bu oğlana ərə gedir - VİDEO
Pərvin Abıyeva bu oğlana ərə gedir- VİDEO MƏDƏNİYYƏT-ŞOU 14:43 2019-10-08

Məşhur aktrisa Pərvin Abıyeva ailə həyatı qurmağa hazırlaşır.  

Unikal.org xəbər verir ki, aktrisa ARB-yə yayımlanan "Shownews" verilişinə açıqlamasında ailə həyatı quracağını bildirib. Pərvin hətta tədbirlərin birində sevdiyi şəxslə kameralara yaxalanıb. O, sevdiyi insan haqda bunları deyib: 

"İllərdir ki, tanıdığım insandır. Uzun illər tanımağıma baxmayaraq nə dost olmuşuq, nə də tanış. Sadəcə bir dəfə dost məclisində qarşılaşdıq, daha sonra  münasibətimiz başladı. Məni illərdir ki, gözləyirmiş. Onun mənə diqqəti və qayğısı daha çox sevdirdi. Çox qısqanc biridir".

Daha sonra Pərvin kameralardan qaçmağa çalışsa da, bacarmayıb.