Türkiyədə 27 yaşlı Azərbaycanlı gənc  Süleyman Nufarovu öldürən cinayətkara 15 il həbs verilib.

Unikal.org-un məlumatına görə, ötən il Azərbaycandan Türkiyəyə işləməyə gələn bir uşaq atası Süleyman Nufarov 41 yaşlı tanışı Süleyman K.-nin rəhbərliyi altında tikintidə fəhlə kimi çalışmağa başlayıb. Tikintidə işləyən və lakin məvacibini ala bilməyən Süleyman Nufarov işdən ayırılıb. 

O, bir müddət sonra 300 lira borcunu tələb etmək üçün Süleyman K.-nın yanına gedib. Azərbaycana qayıdacağı üçün Süleyman K.-dan pulunu tələb edən  Süleyman Nufarov arasında qarşıdurma yaranıb. 

Süleyman K qarpız bıçağı ilə Süleyman Nufarovu ağır yaralayıb. 

Süleyman Nufarov yerləşdirildiyi Uludağ Universiteti Tibb Xəstəxanasında həyatını itirib. 

Ötən ilin iyul ayında baş verən hadisədə saxlanılan Süleyman K.-nin məhkəməsi keçirilib. Süleyman K məhkəmə qarşısında ağlayaraq göz yaşlarına hakim ola bilməyib. O, hadisəni bilməyərəkdən törətdiyini qeyd edib: “Mənə bildirdi ki, bu gün pulumu qaytarmalısan. Məndə qarpız bıçağı ilə onu öldürdüm. Kaş ki, mən öləydim! (Ağlayıb)”.

Hakimin qərarı ilə, Süleyman K.-ya 15 il həbs cəzası verilib.