20 Oktyabr 2019
19 Oktyabr 2019
Abşeronda DƏHŞƏT: Ər arvadını döyərək öldürdü
Abşeronda DƏHŞƏT:Ər arvadını döyərək öldürdü KRİMİNAL 12:52 2019-10-09

Abşeronda ər arvadını döyərək öldürüb. 

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu Masazır qəsəbəsi, "Qurtuluş 93" bina 51 ünvanında qeydə alınıb.

Belə ki, Aynurə Abdullayeva ailə münaqişəsi zəmnində əri Yaqub Qurbanov tərəfindən döyülüb. Baş və bədəninin müxtəlif nahiyələrindən ağır xəsarətlər alan qadın qonşuların köməkliyi ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb. Qadın aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.  

Y.Qurbanov polis əməkdaşları tətəfində saxlanılaraq istintaqa cəlb edilib. 

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.