"Fənərbaxça"nın futbolçusu Adil Raminin yeni sevgilisinin kimliyi müəyyənləşib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu bir neçə gün öncə  Londonda bir qadınla görüntülənib. 33 yaşlı futbolçunun birlikdə göründüyü qadın ingiltərəli televiziya ulduzu və iş qadını kimi tanınan Kloe Sims olub. İddia edir ki, "Chiltern Firehouse" adlı lüks bir məkandan çıxarkən eyni maşına minən cütlük ilk dəfə görüşərək gecəni birlikdə keçiriblər. 

"Daily Mail"ə məlumat verən mənbə bildirib ki, Rami özündən 4 yaş böyük olan Simslə görüşmək üçün Fransadan Londona özəl təyyarə ilə uçub.

Qeyd edək ki, Adil Raminin son sevgilisi Pamela Anderson olmuşdu. Futbolçunun keçmiş "Playboy" gözəlinə xəyanət etdiyi və döydüyü bildirilirdi.