Əfqanıstanın cənubundakı Helmand əyalətində "əl-Qaidə" terror təşkilatının Hindistan yarımadasındakı lideri Asim Ömər öldürülüb.

Unikal.org xəbər verir ki, bu barədə Əfqanıstan Milli Təhlükəsizlik İdarəsi məlumat yayıb. 

Helmandın Musa Kale bölgəsinə təşkil edilən hava hücumu zamanı pakistanlı terrorbaşı zərərsizləşdirilib. 

Qeyd edək ki, Asim Ömərlə birgə, daha 7 terrorçu hava hücumu zamanı ölüb.