18 Oktyabr 2019
Ərdoğan Putinlə DANIŞDI
Ərdoğan PutinləDANIŞDI DÜNYA 16:30 2019-10-09

Türkiyənin Fərat çayının şərqində planlaşdırdığı antiterror əməliyyatı ilə bağlı, ABŞ və Rusiya prezidenti açıqlama verib.

Unikal.org xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin Fərat çayının şərqində planlaşdırdığı antiterror əməliyyatının Suriyanın sülh və sabitliyə qovuşması üçün mühüm əhəmiyyət daşıdığını, suriyalıların hüquq və mənafelərinin qorunmasının Türkiyə üçün önəmli olduğunu rusiyalı həmkarının diqqətinə çatdırıb.