20 Oktyabr 2019
19 Oktyabr 2019
"Zirə"yə yeni baş məşqçi təyin olundu
"Zirə"yə yeni baş məşqçi təyin olundu İDMAN 17:06 2019-10-09

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə"nin yeni baş məşqçisi bəlli olub.

Unikal.org klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Zaur Həşimova həvalə olunub.

Bu gün klub rəhbərliyi ilə 38 yaşlı mütəxəssis arasında görüş keçirilib və razılıq əldə edilib. Bu postda Samir Abasovu əvəzləyən Z.Həşimovla mövsümün sonuna qədər müqavilə imzalanıb. 

Yeni baş məşqçi artıq sabahdan işinə başlayacaq.

Qeyd edək ki, Z.Həşimov 2016-cı ilin iyunundan 2017-ci ilin dekabrına qədər "Zirə"də əsas komandanın məşqçilər korpusunda yer alıb. O, cari mövsümdə "Qəbələ"nin məşqçisi vəzifəsində çalışırdı.