Şounun gedişatında aparıcı Zümrüd Qasımova ilə Xalq artisti Fatma Mahmudova arasında qalmaqal baş verib.

Unikal.org xəbər verir ki, şouda yayımlanan süjetdə, tərəflər kəllə-kəlləyə gəlib. Baş verən hadisənin səbəbi, aparıcının xalq artistinə hörmətsizcəsinə davranması olub. Daha sonra Zümrüdün “Ayıb olsun sizə!” ifadəsi qarşı tərəfi dilə gətirib:

“Ayıb olsun sənə ki, yaşca səndən böyük insana bu cür ifadə işlədirsən”.

Canlı efirdə videomaterialda baş verənləri müzakirəyə çıxaran şounun aparıcısı M.Dadaşov mikrofonu Zümrüd Qasımovaya yönəldib. O isə xalq artistindən üzr istəyərək, barışdıqlarını bildirib. Fatma Mahmudovanın Zümrüdün “barışmışıq” kəlməsinə kinayəli reaksiyası Murad Dadaşovun diqqətini çəkib. “Barışığın” həqiqət olub-olmadığını F.Mahmudovadan soruşan verilişin aparıcısı aktrisadan müsbət cavab alıb.

Qeyd edək ki, hazırda şouda müğənni Ramal İsrafilovun aqibəti həll olunur. O hələ də hədəfinin kimliyini sirr saxlamaqda davam edir.