Kür çayında bir nəfər batıb.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Kür çayının Ağdaş rayonu, Abad kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal Xidmətin dalğıc-xilasediciləri tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb.
Əlavə məlumat veriləcək.